Qadın şahmatçılarımız Avropa çempionatında yarışacaqlar

ESTAFET/ Aprelin 8-dən etibarən Slovakiyanın Vısoke Tatrı şəhərində şahmat üzrə qadınlar arasında fərdi Avropa çempionatı strart götürəcək. 19-dək davam edəcək yarışda Azərbaycan 6 şahmatçı ilə təmsil olunacaq.

 

Günay Məmmədzadə (2392), Ülviyyə Fətəliyeva (2361), Gülnar Məmmədova (2360), Zeynəb Məmmədyarova (2355), Xanım Balacayeva (2348) və Türkan Məmmədyarova (2274) Avropa çempionatının mükafatları uğrunda mübarizə aparacaqlar.

 

Ümumilikdə isə, çempionatda qitənin 30 ölkəsindən 142 qadın zaka sahibi ən güclünü müəyyən etməyə çalışacaq.   

Müəllif: Natiq NƏSİROV