Naxçıvan turnirinin vaxtı dəqiqləşib

ESTAFET/ Ölkəmizdə keçirilən və ənənə halını alan şahmat üzrə mötəbər yarışlarından biri sayılan "Naxçıvan Open" turnirinin keçiriləcəyi tarix dəqiqləşib. Belə ki, bu il turnir aprelin 30-da start götürəcək və mayın 10-a qədər davam edəcək.

 

Yarış 3 qrup üzrə keçiriləcək. A (beynəlxalq əmsalı 2250-dən yuxarı olan şahmatçılar), B (əmsalı 2249-dən aşağı) və C turniri (12 yaşadək uşaqların yarışı). Onu da qeyd edək ki turnirin ümumi mükafan fondu 25 000 ABŞ dolları təşkil edir. Turnirə qeydiyyat aprelin 20-də başa çatır. FIDE ID-si olan istənilən şahmatçı yarışda iştirak edə bilər.
 

Müəllif: Bəhruz MƏMMƏDOV