Bütün görüşlərdə meydan sahibləri qalib gəldi: AL - 1/4 final

ESTAFET/ Bu gecə futbol üzrə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk görüşləri baş tutub. 

 

Keçirilən bütün qarşılaşmalarda meydan sahibləri qələbəni bayram ediblər. 

 

UEFA Avropa Liqası, 2017/18 mövsümü

1/4 final - ilk oyunlar

5 aprel 2018

 

“Arsenal” (İngiltərə) - MOİK (Rusiya)  4:1

Qollar: Remsi 9, 28, Lakazet 23 (p.), 35 : Qolovin 15

 

“Atletiko” (İspaniya) - “Sportinq” (Portuqaliya)  2:0

Qollar: Koke 1, Qrizman 40

 

“Latsio” (İtaliya) - “Zalsburq” (Avstriya)  4:2

Qollar: Luliç 9, Parolo 48, Andersen 74, İmmobile 76 : Berişa 30 (p.), Minamino 71

 

“Leyptsiq” (Almaniya) - “Marsel” (Fransa)  1:0

Qol: Verner 45 

Müəllif: Orxan NOVRUZOV