Millimizin rəqibləri və təqvimi bəlli oldu

ESTAFET/ Futbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində iştirak edəcək. Turnirin təqvimi artıq müəyyənləşib.

 

Bosniya və Herseqovinada keçiriləcək yarışın təqvimi artıq bəllidir. Millimiz qrupda ilk oyununu aprelin 18-makedonlara qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə 12:30-da başlayacaq.

 

20 aprel  tarixində Xorvatiya ilə qarşılaşacaq (16:00) yığma aprelin 22-dəki son oyunda ev sahibi Bosniya və Herseqovina ilə (12:30) münasibətlərinə aydınlıq gətirəcək.

Müəllif: Natiq NƏSİROV