Təbiət turizminin əsas prinsipləri və müasir konsepsiyası

ESTAFET/ Ekoturizmin bir çox təriflərinin olması onu sübut edir ki, turizm fəaliyyətinin bu istiqaməti hələ də formalaşma mərhələsindədir. Tərif yalnız o zaman tam və dolğun olar ki, orada ekoloji turizmin əsaslıandığı prinsiplər gözlənilsin. Ekoloji turizmin əsaslandığı və bünövrəsi hesab olunan prinsiplər aşağıdakılardır:

 

  - Təbii rekreasiya ərazilərinin bioloji müxtəlifliyinin qorunması;

  - Ekoturizm sahəsinə cəlb olunmuş regionların iqtisadi dayanıqlılıq səviyyəsinin artırılması;

  - Ekoturist fəaliyyəti iştirakçılarının ekoloji mədəniyyətinin yüksəldilməsi;

  - Rekreasiya ərazilərinin etnoqrafik statusunun saxlanılması.


Təbii rekreasiya ərazilərinin bioloji müxtəlifliyinin qorunması.
Planlaşdırılma mərhələsi - konkret ərazidə ən azı aşağıdakı tədbirlər həyata keçirilməlidir: ərazinin rekreasiya qiymətləndirilməsi; ərazinin marketinq strategiyası ilə razılaşdırılmış ekoloji strategiyanın müəyyən olunması; hüquq normaları daxilində uzunmüddətli və ya qısamüddətli fəaliyyətin nəzərə alınması; ekoloji tədbirlərin biznes-plana daxil edilməsi.


Təşkil olunma mərhələsi - ekologiya və hüquq məsələləri üzrə dövlətin müxtəlif səviyyəli strukturları ilə əməkdaşlıq; ekoloji məsələlər üzrə sərmayə paketinin yaradılması; rekreasiya fəaliyyəti nəticəsində ola biləcək rekreasiya təhlükəsini azaldan tədbirlərin nəzərdə tutulması və s.


Motivasiya - ekoloji menecment proqramının ayrılmaz sahəsi hesab olunur. Ekoloji-turist fəaliyyəti icraçılarının və təşkilatçılarının özünü təsdiq etməsi stimullaşdırmalı, onların maddi və mənəvi tələbatları ödənilməlidir.


Reallaşdırma mərhələsi ekoloji risklə bağlı analiz və nəzarət sistemi ilə müşahidə edilməlidir.


Ekoturizm sahəsinə cəlb olunmuş regionların iqtisadi dayanıqlılıq səviyyəsinin artırılması.

Turist prosesinə cəlb edilmiş regionların iqtisadi dayanıqlılıq anlayışı kifayət qədər ümumi anlayışdır, lakin ekoturizmdə xüsusi anlam daşıyır, çünki ekoturizmin iqtisadi baxımdan geridə qalmış, müasir sənayedən uzaq ərazilərdə inkişaf edir. Bu ərazilər adətən iş yerləri ilə zəif təmin olunduğundan iri şəhərə ucuz işçi qüvvəsi ixracatçısıdır. Yerli əhalinin turizmin bu sahəsində fəaliyyəti adətən xüsusi maraqlı əşyaların düzəldilməsi və satılması, qida məhsulları ilə təmin olunması, bəzi hallarda qarovulçu funskyalarının yerinə yetirilməsi və s. Yerli əhalinin işlə təmin olunması nəinki onların məşğulluq səviyyəsini yüksəltməyə, həm də əhalinin öz doğma ərazilərində möhkəmlənməsinə və şəhərlərdən qayıtmasına gətirib çıxarır. Regionda iş yerlərinin artırılmasına digər yollarla da nail olmaq olar, məsələn: bəzi istehsal növlərinin üçüncü dünya ölkələrinə cəlb olunmasını təcrübədən keçirən transmilli korporasiyaları cəlb etməklə. Lakin hamıya məlumdur ki, üçüncü dünya ölkələrində istehsal olunan məhsulların ucuz olması yalnız əməkhaqqının aşağı olması ilə deyil, həm də ətraf mühitə neqativ təsirin yüksək səviyyədə olması və bunun nəticəsində də ərazinin rekreasiya cəlbediciliyinin azalması ilə əlaqədardır.


Ekoturist fəaliyyəti iştirakçılarının ekoloji mədəniyyətinin yüksəldilməsi. Bu proses bir neçə istiqamət üzrə həyata keçirilir. Rekreasiya ərazilərində məskunlaşan və turist fəaliyyətinə cəlb olunmuş və bu sahədən iqtisadi səmərə götürən əhali, başa düşür ki, turistləri cəlb edən təbiət olduğu kumu qorunub saxlanmalıdır və məhz bu təbiət – onların əsas gəlir mənbəyidir. Ekoloji turlarda iştirak edən turistlər – istənilən halda təbiətə biganə qalan insanlar deyil, lakin onlar da öz ekoloji bilik səviyyəsini onlara təşkilatçılar və ekoloji-turist proqramlarını həyata keçirən insanlar tərəfindən verilən məlumat əsasında artırırlar. Kütləvi İnformasiya Vasitələrində (KİV) ekoloji turizmin təbliği, təbiəti mühafizəyə diqqətin cəlb olunması əhalinin ümumi ekoloji dünyagörüşünün artırılması üzrə ümumi proqramın əsas elementidir.


Rekreasiya ərazilərinin etnoqrafik statusunun saxlanılması. Ekoloji turizmin əsasını təşkil edən prinsiplərin ən sonuncusu – ekoloji turlar təşkil olunan regionlarda yaşayan xalqların mədəniyyətinə, adət və ənənələrinə qayğıkeş münasibət prinsipidir. Son onilliklər ənənəvi mədəniyyət və milli kolorit turistlərin diqqətini daha çox cəlb etməyə başlayır, lakin etnoqrafik turizmin təşkili və ya etnoqrafik komponentlərin ekoloji turlara daxil edilməsi təbii ehtiyatlardan istifadə edən rekreasiya fəaliyyətindən heç də zəif planlaşdırılmamalıdır. Yerli icmaların, kütləvi turizmlə qarşılaşan ənənəvi mədəniyyəti onlara qarşı təbiətdən də həssas və dözümsüz olur. Planetin etnoqrafik rəngarəngliyinin qorunmasına köməklik ekoloji turizmin əsas vəzifələrindən biridir.


Beləliklə, ekoturizmin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, o təbiətlə təmasda olmaq tələbatını həyata keçirir, ətraf mühitə və mədəniyyətə neqativ təsirin qarşısını alır və turoperator və turistləri ətraf mühitin mühafizəsinə və sosial-iqtisadi inkişafa yardım etməyə vadar edir.


Bu formada da ekoturizm ətraf ərazilərin dayanıqlı inkişafının əsas komponentinə çevrilir. Qeyd etmək lazımdır ki, ekoturizmin bir çox təriflərində dayanıqlı inkişafa dair bəndlər var. Dayanıqlılıq deyəndə burada ilk növbədə, turizmin ekoloji, sosial-mədəni və iqtisadi təsirləri arasında müsbət balans, eləcə də ekoturistlərin bir-birinə müsbət təsiri başa düşülür. Beləliklə də, ekoturizm, təbii ərazilərin dayanıqlı inkişafının əsas komponenti rolunu oynayır. Buradan da belə nəticə çıxır ki, turizm fəaliyyətinin ekologiya, iqtisadiyyat və sosial inkişaf baxımdan ən yüksək müsbət effektə malik olan növləri daya dayanıqlı hesab oluna bilər.
 

Müəllif: Əli FƏRZƏLİYEV