Ekoturizmin iqtisadi effektivliyi

ESTAFET/ Mövcud və ya potensial inkişafda olan təbiət turizmi və ekoturizmə olan tələbat hazırki zamanda yalnız Şimali Amerikada atrıq inkişaf etmiş ekoturizm göstəricilərinə əsaslanır - Avropa, həmçinin Yaponiya və yeni sənaye ölkələrinin bazarı hələ də tam tədqiq olunmamış hesab olunur. Bu günə qədər ümumdünya ekoturizm bazarının geniş miqyaslı tədqiq olunması demək olar ki, aparılmamışdır. Bu istiqamətdə yalnız müxtəlif turizm regionlarının marketinq araşdırmaları mövcuddur (məsələn, Kosta-Rika, Beliz, Keniya). Bu xüsusda məlum olan tədqiqatlar əsasən turoperatorlar tərəfindən təşkil olunan və vahid xidmət paketi şəklində reallaşdırılan turlar üzərində cəmləşdirilir, fərdi turizm seqmentinə isə kifayət qədər diqqət yetirilmir. Bu fonda ÜTT-nin (WTO) rəhbərliyi ilə 2002-ci ildə həmin ilin Beynəlxalq ekoturizm ili elan olunması ilə əlaqədar Avropa (Avstriya, Fransa, Almaniya, İspaniya, İtaliya və Böyük Britaniyada), Kanada və ABŞ bazarında marketinq tədqiqatları aparılmışdır. Beynəlxalq turizm bazarında ekoturizmin məlum olan göstəriciləri bir-birindən çox fərqlənir. Xüsusi elmi ədəbiyyatlarda 7% (WTO, 1992-ci il); digər göstəricilərə görə 20-30%-dir (1996-cı il). Bəzi göstəricilərə görə isə ekoturistlərin sayı dünyada hər il 20% artır (2001-ci il). Ekoturizmə olan tələbata gəldikdə isə müəyyən olunmuşdur ki, turist təqdim edən və qəbul edən əsas bölgələr birinci növbədə Şimali Amerika, daha sonra Qərbi Avropa (ilk növbədə Almaniya və Böyük Britaniya), Avstraliya və Yeni Zelandiyadır. Bəzi ölkələrdə ekoturizm hətta daxili bazarda tələb olunur (məsələn Tailand, İndoneziya).


Turizm üzrə Dünya Birliyinin (WTTC) və Ümumdünya Turizm Təşkilatının (WTO) göstəricilərinə görə turizm sənayesi dünyanın ən geniş miqyaslı və dinamik inkişaf edən vətəndaş sənayesidir. 2000-ci ildə beynəlxalq səyahətlərin sayı (işgüzar səyahətlər daxil olmaqla) 698 milyona çatmışdır. Səyahətlər sənayesində 200 mln. nəfər çalışır (digər sözlərlə desək, işlə təmin olunan şəxslərin hər 12 nəfərdən biri). 2000-ci ildə ümumi gəlirləri 469 mlrd. ABŞ dolları olmuşdur, bu da ümumdünya miqyasında daxili milli məhsulun 11%-ni təşkil edir. Həcminə görə bu sahə avtomobil, boru-prokat istehsalı, neft sənayesi, elektronika və kənd təsərrüfatı kimi təsərrüfat sahərini aşır. Ekspertlər hesab edirlər ki, təbiət və macəra turizmi turizm sənayesində ən sürətlə inkişaf edən sahələrdirlər.


BMT və ÜTT-nin verdiyi məlumata əsasən 2000-ci ildə beynəlxalq ekoturizmin gəlirləri 154 mlrd. ABŞ dollarına yaxın olmuşdur. Bəzi müəlliflərin fikrincə daxili turizmdən əldə olunan gəlirləri bə buraya əlavə etsək, nəticədə həmin rəqəm 5-7 dəfə çox ola bilər. Beləliklə, təbiət turizmi ciddi biznes kimi dünyada qəbul edilmişdir. Təbiət turizminin ən sürətlə inkişaf edən sahələrindən biri xüsusən də Şimali Amerikada - köçəri quşları izləməkdir (birdwatching). Müxtəlif qiymətləndirmələrə görə hər il bu turlarda 30 mln.-dan 78 mln. nəfərə qədər turist iştirak edir, bu da həmin ölkələrə 78 mlrd. ABŞ dollarına yaxın gəlir əldə etmək imkanı yaradır. Kvezal adlı tutuquşu növü ilə maraqlanan bördvotçerlərin Kosta-Rikaya axını nəticəsində əldə olunan gəlirlər Monteverdedə yağışlı meşələrin bərpasına yönəldildi.


Ekoturizmin daha bir məşhur növlərindən biri hesab olunan balinaları müşahidə etmə 87 ölkədən 9 mln səyahətçi cəlb etmişdir. Kanada da isə vəhşi təbiətə səyahət daxili turizmdən əldə olunan ümumi gəlirlərin 1/4-ni təşkil edir. Ekoturizmdən ölkəyə daxil olan vergilərə görə isə ölkə 1,7 mlrd. ABŞ dolları gəlir əldə edir. Bu məbləğ Kanada hakimiyyəti tərəfindən hər il (300 mln. dollar) təbiəti mühafizə proqramına ayırdığı vəsaitdən təqribən 5 dəfə artıqdır. Bəzi inkişaf etməkdə olan ölkələrdə bu fərqlər daha kəskin ola bilir. Beləliklə, ekoturizm təbiəti mühafizə ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün effektiv maliyyə mənbəyi ola bilər. Ekoturizm ölkənin milli iqtisadiyyatına əhəmiyyətli sərmayə gətirə bilər və ölkəni vacib resurslarla təmin etmək imkanına milikdir. Məsələn,²耀uandanın Des Volkans milli parkı nəinki dağ qorillalarının populyasiyasının bərpasını təşkil etməyə, həmçinin həmin əraziləri fermer təsərrüfatından qorumağa yardım etdi, buna da əlavə olaraq dünyanın ən ekzotik turizm obyektlərindən olmaqla ölkəyə daxil olan xarici valyutanın həcminə görə parkın gəlirləri 3-cü yer qazandı.


BMT-nin və Ümumdünya Turizm Təşkilatının verdiyi məlumatlara əsasən son 20 il müddətində ekosistemlərinin müxtəlifliyi, fauna və florasının zənginliyi ilə seçilən inkişafda olan ölkələrə turistlərin axını əhəmiyyətli dərəcədə artmışdır. Bu planda siyasi stabilliyə malik ərazilər xüsusi üstünlüyə malikdirlər. Belə ölkələrdə ekoturizm çox böyük gəlirlərə malikdir. Keniya, Ekvador, Kosta-Rika, Nepal kimi kiçik ölkələrdə ölkəyə daxil olan xarici valyutanın tərkibində ekoturizmin payı üstünlük təşkil edir və müvafiq olaraq 1400, 1180, 1140 və 1550 ABŞ dolları təşkil edir. Konkret ölkələrdə ekoturizmdən əldə olunan gəlirlərin miqdarı həmin ölkələrin ümumi inkişafının, iqtisadiyyatının və ümumiyyətlə turizm fəaliyyətinin inkişafından asılıdır. Bu amillərdən asılı olaraq turizmin inkişafı ilə əlaqədar müxtəif ölkələrdə bu sahədən əldə olunan gəlirlər eyni olsa da, ölkədən asılı olaraq onların dövlət büdcəsində həcmi müxtəlifdir. Məsələn, Ruanda və Dominikanda ekoturistlərin kiçik də olsa axını ölkə iqtisadiyyatında inkişafa səbəb olmuşdur. Eyni zamanda həmin miqdarda turistlərin sayı Meksika iqtisadiyyatında heç bir əhəmiyyət kəsb etmədiyi halda Ekvador və Kosta-Rikada hiss olunacaq dərəcədə büdcəyə gəlir gətirir. Bütün bunlara baxmayaraq, ölkə iqtisadiyyatında mühüm əhəmiyyətə malik olmayan ekoturizm, ölkənin ekoturizmlə məşğul ayrı-ayrı bölgələrinin inkişafında çox vacib rol oynaya bilər.


Ekoturizmin digər turizm növlərin ilə müqayisədə məhdud şəkildə inkişafından asılı olaraq, onun sosial-iqtisadi əhəmiyyəti məhz regional və lokal əhəmiyyət kəsb edir (yerli əhali üçün iş yerləri və yerli iqtisadiyyata daxil olan gəlilər). Maliyyə gəlirlərinin daxil olma kanalları və formaları müxtəlif ola bilər. Onlar arasında daha çox yayılmışdır:


• Təbiətə mühafizə və ya kommunal obyektlərin istismarına görə turizmdən gələn gəlirlərin yerli büdcə və ya xüsusi fondlara köçürülməsi;
• Yerli idarəetmə orqanlarının istifadə hüquqlarını xarici turist firmalarına (arenda və s.) ötürülməsi üzrə ödəniş;
• Turizm firmalarına yerlərdə ilkin xidmətlərin göstərilməsi (məsələn, qida məhsulları, tikinti materialları, əl işləri ilə təminat və s.);
• Muzdlu əmək (peşəkar turist firmalarının işçiləri).


Lakin, ekoturizmin rolu birbaşa maliyyə gəlirlərinin daxil olması ilə məhdudlaşmır. Iqtisadi cəhətdən qiymətləndirilmə imkanı olmayan yaxud da yalnız dolayı yolla iqtisadi kateqoriyalarla ifadə olunan maliyyədən kənar mülkiyyətlər də turizmin bu sahəsində heç də az əhəmiyyətli deyil. Bunlara misal olaraq yeni iş yerlərinin açılması, ekoloji marifləndirmə, əhalinin mədəni səviyyəsinin artırılması, infrastruktur şəbəkəsinin inkişafı, iqtisadi cəhətdən geri qalmış ərazilərin inkişaf etdirilməsini göstərmək olar. Məsələn, inkişafda olan ölkələrdə ekoturizm bir çox hallarda digər təbiəti istismar edən - az effektli kənd təsərrüfatı, ovçuluq, yığıcılıq, oduncaq tədarükü, faydalı qazıntıların istismarı, kütləvi turizmin inkişaf etdirilməsi kimi iqtisadiyyatın sahələrinə alternativ təşkil edir. Ekoturizmdən fərqli olaraq sadalanan sahələr tez və çox miqdarda gəlir gətirir, lakin ekoturizmin təşkil olunması üçün zaman tələb olunur. Buna baxmayaraq, resursların istismarının dayanıqlılığı iqtisadiyyatın bu sahələrində yüksək deyil və bu da təbiətin sürətlə deqradasiyaya uğramasına səbəb olur. Bir sıra hallarda, məsələn, ekoturizm yerli miqyasda yüksək gəlir gətirməyən sahə hesab olunduqda, bəzi ölkələr onun inkişafını vergilər, dotasiyaların tətbiq olunması və digər güzəştlər vasitəsilə təmin edirlər. Həmçinin birbaşa və yaxud dolayı yollarla ekoturizm iqtisadiyyatın digər sahələrinin, xüsusi sahibkarlığın və s. inkişafına güclü təsir edir.
 

Müəllif: Əli FƏRZƏLİYEV