"Kəpəz" yenə xalsız qaldı: Topaz Premyer Liqası

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında XXIII turun oyunlarına start verilib. Turun ilk günündə nəzərdə tutulan tək qarşılaşma Gəncədə keçirilirdi. Yerli "Kəpəz" lider “Qarabağ”ı qəbul edib. 

 

O qədər də baxımlı keçməyən oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 23-cü dəqiqəsində Ramil Şeydayev dəqiq oynayıb.  

 

Qeyd edək ki, sabah “Sumqayıt” “Keşlə”ni, “Zirə” “Neftçi”ni, “Qəbələ” “Səbail”lə qarşılaşacaq.

 

Topaz Premyer Liqası

XXIII turun oyunu

14 aprel 2018

“Kəpəz” - “Qarabağ”  0:1

Qol: Ramil Şeydayev 23

Mövsümün əvvəlki oyunları: 0:2, 0:2, 0:1
Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu 

“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 91. Dario Federiko, 20. Tərzin Cahangirov, 7. Roman Hüseynov, 16. Quili Mandqaladze, 10. Tural Rzayev, 24. Şadon Vinçester
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 55. Tərlan Qasımzadə, 5. Tural Nərimanov, 9. İlkin Sadıqov, 6. Ceyhun Cavadov, 21. Murad Səttarlı, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 11. Kamran Abdullazadə, 48. Dieqo Souza
Baş məşqçi: Yunis Hüseynov

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 32. Elvin Yunuszadə, 77. Donald Qerye, 90. Ramil Şeydayev, 99. Dani Kintana,
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 17. Elçin Rəhimli, 19. Famil Camalov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 52. Yakub Jezniçak
Baş məşqçi: Qurban Qurbanov

Müəllif: Natiq NƏSİROV