İlk turda qalib gələn olmadı - Shamkir Chess 2018

ESTAFET/ Bu gün sayca 5-ci olan və artıq ənənəvi xarakter alan, mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə keçirilən şahmat üzrə superturnirdə ilk tura start verilib.

 

Hazırda şahmat üzrə dünya reytinqinin ilk iki pilləsində qərarlaşan şahmatçıların görüşü ilk tura təsadüf edib. Belə ki, Dünya çempionu norveçli Maqnus Karlsenlə həmyerlimiz Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşıblar. İlk gedişi şahmat üzrə dəfələrlə dünya və olimpiya çempionu Nona Qaprindaşvili və Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun etdiyi görüş heç-heçə başa çatıb.

 

Turda keçirilən qalan 4 görüşdə də qalibi müəyyənləşdirmək mümkün olmayıb. 


Shamkir Chess 2018

I tur

19 aprel 2018

Veselin Topalov (Bolqarıstan, 2749) - Teymur Rəcəbov (Azərbaycan, 2748)  0,5:0,5

Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778)  0,5:0,5

Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744)  0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Maqnus Karlsen (Norveç, 2843) - 0,5:0,5

David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (Azərbaycan, 2704)  0,5:0,5

Müəllif: Orxan NOVRUZOV