Avropa çempionatı başa çatdı

ESTAFET/ Xəbər verdiyimiz kimi, Slovakiyanın Visoke Tatri şəhərində qadınlar arasında şahmat üzrə Avropa çempionatı keçirilirdi. Bu gün baş tutan 11-ci turun oyunları ilə çempionat başa çatıb. 

 

Azərbaycan qitə birinciliyində Günay Məmmədzadə (2392), Ülviyyə Fətəliyeva (2361), Gülnar Məmmədova (2360), Zeynəb Məmmədyarova (2355), Xanım Balacayeva (2348) və Türkan Məmmədyarova (2274) ilə təmsil olunurdu. Təmsilçilərimizdən ən yaxşı göstəricini 17 yaşlı Günya Məmmədzadə göstərib. Belə ki, o 7,5 xalla ilk onluqda qərarlaşıb. 

 

Çempion adını isə 11 turdan sonra 9 xal toplayan rus şahmatçı Valentina Qunina qazanıb. Gümüş və bürünc medallar isə müvafiq olaraq 8 xal toplamış gürcü Nana Caqnidze və ukraynalı Anna Uşeninaya qismət olub. 

 

Qadınlar arasında Avropa çempionatı

11-ci turun oyunları

 

Sonuncu turda təmsilçilərimiz rəqibləri və nəticələri aşağıdakı kimi olub:

Günay Məmmədzadə (2392) - Yelena Semyonova (Rusiya, 2221)  1:0
Ülviyyə Fətəliyeva (2361) - Anna Kantane (Polşa, 2266)  0,5:0,5
Gülnar Məmmədova (2360) - İrina Bulmaqa (Rumıniya, 2414)  0,5:0,5
Zeynəb Məmmədyarova (2355) - Yolanta Zavadska (Polşa, 2442) 1:0
Xanım Balacayeva (2348) - Olqa Zimina (İtaliya, 2414)  0,5:0,5
Türkan Məmmədyarova (2274) - Meri Arabidze (Gürcüstan, 2393)  0:1

 

Şahmatçılarımızın yekun sıralaması:
Günay Məmmədzadə - 7,5 xalla 10-cu yer

Zeynəb Məmmədyarova - 7 xalla 23-cü yer

Gülnar Məmmədova - 6,5 xalla 40-cı yer

Xanım Balacayeva - 6,5 xalla 44-cü yer
Türkan Məmmədyarova 6 xalla 53-cü yer
Ülviyyə Fətəliyeva - 5,5 xalla 73-cü yer


 

Müəllif: Natiq NƏSİROV