Şəmkirdə ilk məğlub Şəhriyar oldu - Shamkir Chess 2018

ESTAFET/ Mərhum azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri bu gün keçirilən 4-cü turun oyunları ilə davam edib. 

 

Əvvəlki üç turunun bütün görüşləri heç-heçə bitən turnirdə bu gün də eyni hal yaşana bilərdi. Lakin 1 görüşdə sükut pozulub. Təəssüf ki, bu görüş azərbaycanlı şahmatsevərlərin böyük rəğbət bəslədiyi Şəhriyar Məmmədyarovun məğlub olduğu oyuna təsadüf edib. Belə ki, şahmatımızın lideri bolqar şahmatçı, keçmiş dünya çempionu Veselin Topalovla bacarmayıb. 

Dünya çempionu Maqnus Karlsenlə oynayan sonuncu təmsilçimiz də məğlub olmayıb. Teymur Rəcəbov dünya çempionu heç-heçə edib.

 

Rauf Məmmədov isə polşalı Radoslav Voytaşeklə xalları yarı bölüb.

 

“Shamkir Chess 2018”

IV tur

22 aprel 2018

Teymur Rəcəbov (Azərbaycan, 2748) - Maqnus Karlsen (Norveç, 2843)  0.5:0.5

Rauf Məmmədov (Azərbaycan, 2704) – Radoslav Voytaşek (Polşa, 2744)  0.5:0.5

Sergey Karyakin (Rusiya, 2778) - David Navara (Çexiya, 2745)  0.5:0.5

Veselin Topalov (Bolqarıstan, 2749) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814)  1:0

Aniş Giri (Hollandiya, 2777) – Dinq Liren (Çin, 2778)  0.5:0.5

 

Turnir cədvəli: Topalov - 2.5 xal, Karlsen, Dinq, Karyakin, Giri, Topalov, Rəcəbov, Navara, Voytajek, Məmmədov - hamısı 2 xal, Məmmədyarov - 1.5 xal

Müəllif: Natiq NƏSİROV