"Raquf Orucov Kuboku"nu "Qəbələ qazandı

ESTAFET/ Bakı İdman Sarayında şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş ikinci beynəlxalq cüdo turnirinə yekun vurulub. Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan “Raquf Orucov Kuboku”nda yaşı 21-dək oğlan və qızlardan ibarət klub komandaları iştirak edib.

 

Turnirdə Azərbaycanı təmsil edən komandalar, həmçinin Rusiya və Gürcüstanın klubları mübarizə aparıb. Turnirdə uğurla çıxış edən “Qəbələ” İdman Klubunun cüdoçuları yarışın qalibi adını qazanıb. Komandamız finalda “Judo Club 2012” ilə qarşılaşıb. Həlledici görüşdə 5:1 hesabı ilə qalib gələn gənc cüdoçularımız “Raquf Orucov Kuboku”na sahib olublar.  

Müəllif: Natiq NƏSİROV