Yığmamız turnirə bərabərliklə başladı
ESTAFET/ Türkiyənin Antaliya şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız ilk oyununu keçirib.
Azər Məmmədovun rəhbərlik etdiyi komanda Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın qoluna Mehrac Baxşəliyev imza atıb.
Aprelin 25-də keçiriləcək növbəti oyunda millilərimiz Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.