Yarımfinal 7 qolla başladı: ÇL - Yarımfinal

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal qarşılaşmalarına start verilib. Mərhələnin ilk oyunlarından biri bu gün keçirilib.

 

Çoxlarının gpzləmədiyi halda, turnirin 2 əsas favoriti olan “Mançester Siti” və "Barselona"nı mübarizədən kənarlaşdıran “Liverpul” və “Roma” birincilərin meydanında qarşılaşıblar. 7 qolun vurulduğu görüşdə meydan sahibləri qələbəni bayram ediblər. 

 

UEFA Çempionlar Liqası, 2017/18 mövsümü

Yarımfinal - ilk oyun

 

24 aprel 2018

“Liverpul” (İngiltərə) - “Roma” (İtaliya)  5:2

Qollar: Salah 36, 45, Mane 56, Firimino 61, 69 : Ceko 81, Perotti 85 (p.)

Baş hakim: Feliks Brix (Almaniya)

Liverpul, “Enfild Roud” stadionu

 

“Liverpul”: Karius, Aleksander-Arnold, Lovren, Van Diyk, Robertson, Oksleyd-Çemberleyn, Henderson, Milner, Salah, Firmino, Mane

 

“Roma”: Alisson, Fazio, Manolas, Jesus, Florenzi, De Rossi, Strootman, Kolarov, Naynqolan, Cengiz, Ceko 

Müəllif: Orxan NOVRUZOV