19 yaşlılar Slovakiyada turnirə qatılacaq

ESTAFET/ 7-11 may tarixl'rind' Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasına “Slovakia Cup 2018” beynəlxalq turniri keçiriləcək. AFFA-nın rəsmi saytında veril'n x'b'r' g[r' turnird' Azərbaycanın U-19 yığması çıxış edəcək.

 

Turnirdə həmçinin, Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da yer alıb. Millimiz A qrupunda meydan sahibləri, Uels və Macarıstanla birgə mübarizə aparacaq. 

 

A qrupu: Azərbaycan, Slovakiya, Uels, Macarıstan
B qrupu: Ukrayna, Qazaxıstan, Çexiya, ABŞ 

 

7 may
14:00 Azərbaycan - Macarıstan

 

8 may
14:00 Azərbaycan - Uels

 

10 may
14:00 Slovakiya - Azərbaycan

 

 

Müəllif: Bəhruz MƏMMƏDOV