Şəhriyardan ilk qələbə - Shamkir Chess 2018

ESTAFET/ Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” superturnirində bu gün VIII turun oyunları oynanılır.  

 

Yığmamızın lideri Şəhriyar Məmmədyarov ağ fiqurlarla çex şahmatçı David Navara ilə qarşılaşıb. Bu görüşdə Şəhriyar turnir ərzində ilk qələbəsini qazanmağa müvəffəq olub. 

 

Turnirdəki digər şahmatçılarımızdan Rauf Məmmədov isə çinli Dinq Lirenə məğlub olub. Teymur Rəcəbov isə “ağlar”la rus rəqibi Sergey Karyakinlə heç-heçə edib.  

 

“Shamkir Chess 2018”

VIII tur

27 aprel 2018

Teymur Rəcəbov (Azərbaycan, 2748) - Sergey Karyakin (Rusiya, 2778)  0,5:0,5

Veselin Topalov (Bolqarıstan, 2749) - Radoslav Voytaşek (Polşa, 2744)  0:1

Aniş Giri (Hollandiya, 2777) - Maqnus Karlsen (Norveç, 2843)  0:1

Dinq Liren (Çin, 2778) - Rauf Məmmədov (Azərbaycan, 2704)  1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - David Navara (Çexiya, 2745)  1:0 

 

Turnir cədvəli: 1. Karlsen 5,5 xal, 2. Liren - 5 xal, 3-8. Topalov, Giri, Karyakin, Voytajek, Rəcəbov, Məmmədyarov - 4 xal, 9. Məmmədov - 3,5 xal, 10. Navara - 2 xal 

Müəllif: Natiq NƏSİROV