Qadın yığmamızın da heyəti bəlli oldu

ESTAFET/ Xəbər verdiyimiz kimi, 30 aprel - 6 may tarixlərində Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

 

Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirən qadın güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib və Avropa çempionatında iştirak edəcək güləşçilərin adları açıqlanıb.

 

Baş məşqçi Aslan Ağayevin rəhbərlik etdiyi məşqçilər korpusu Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyevaya (76 kq) şans verib.

 

Proqrama əsasən, Avropa çempionatı aprelin 30-da yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlayacaq. Ardınca mayın 2-4-də qadın, 4-6-da sərbəst güləşçilər qüvvələrini sınayacaqlar.  

Müəllif: Bəhruz MƏMMƏDOV