Xaçmazda "Federasiya kuboku" uğrunda cüdo yarışı keçirilib

ESTAFET/ Azərbaycan Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir. Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perespektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.


Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə növbəti yarış Xaçmazda keçirilib. Regionlar arası "Federasiya kuboku" uğrunda turnir bu ilin sentyabrında Bakıda baş tutacaq cüdo üzrə dünya çempionatının təbliğinə həsr olunub. Daha yaxşı nəticə göstərən "Şimal-Şərq 1" komandası mərhələ yarışının qalibi olub. "Sumqayıt 2" klubu 2-ci, "Naxçıvan 1" komandası isə 3-cü yeri tutub. Yeniyetmə cüdoçular arasında "Federasiya kuboku" uğrunda komanda yarışlarının növbəti mərhələsi mayda keçiriləcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV