Rəşad Əhmədov Premyer Liqada debüt etdi
ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XXVII turu baş hakim debütü ilə yadda qalıb. “Keşlə” - “Qarabağ” matçını (3:0) idarə edən Rəşad Əhmədov Azərbaycan çempionatının yüksək dəstəsində ilk matçını keçirib. O, cari mövsümdə Premyer Liqa oyununu idarə edən 11-ci referidir.
Əvvəlki 26 turun matçları 10 hakimə həvalə olunmuşdu. Əhmədov ölkə çempionatları tarixinə 96-cı baş hakim kimi düşüb. Belə ki, 1992-ci ildən keçirilən yarışda onadək 95 referi ədaləti qorumuşdu.