FORMULA-1: İTALİYA QRAN PRİSİ - ROSBERQİN NÖVBƏTİ QƏLƏBƏSİ

ESTAFET/ Sentyabrın 4-dən etibarən sürət həvəskarlarının diqqəti İtaliyanın Monza şəhərinə yönəlib. Buna səbəb isə növbəti Formula-1, İtaliya Qran Prisidir.
FORMULA-1: GRAN PREMIO HEINEKEN D’ITALIA 2016 |
||||
Tarix |
Trass |
Dövrə uzunluğu |
Dövrə sayı |
Məsafə |
2-4.09.2016 |
Monza |
5793 m |
53 |
306.720 km |
AZ BULUDLU, QURU. HAVA +29 C, TRASS +39...37 C |
Mövsümün sayca 14-cü olan bu mərhələsi "Mercedes AMG F1" komandasının alman pilotu Niko Rosberqin qələbəsi ilə yekunlaşdı. İkinci yeri Nikonun komanda yoldaşı Lyuis Xemilton (B.Britaniya), üçüncü yeri isə "Ferrari"nin piloti Sebastyen Fettel (Almaniya) tutub.
Qeyd edək ki, növbəti mərhələ yarışları 16-18 sentyabr tarixlərində keçiriləcək Sinqapur Qran-Prisi olacaq.

