Şəhriyar Norveçdə bərabərliklə başladı

ESTAFET/ Stavanqerdə “Altibox Norveç Chess” superturnirinə start verilib. Turnirdəki təmsilçimiz Şəhriyar Məmmədyarov yarışın ilk turunda fransız Maksim Vaşye-Laqravla qarşılaşıb.

 

“Ağlar”la oynayan Şəhriyar 23-cü gedişdə rəqibin təklif etdiyi bərabərliyə razılaşıb. Turun maraqlı görüşü isə ilin sonunda şahmat tacı uğrunda görüşdə üz-üzə gələcək Maqnus Karlsenlə Fabiano Karuananın qarşılaşması olub. Norveçli rəqibini mat edib.

 

I tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa)  0,5:0,5

Maqnus Karlsen (Norveç) - Fabiano Karuana (ABŞ)  1:0

Hikaru Nakamura (ABŞ) - Dinq Liren (Çin)  0,5:0,5

Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya)  0,5:0,5

Vişvanatan Anand (Hindistan) - Levon Aronyan (Ermənistan)  0,5:0,5 

Müəllif: Natiq NƏSİROV