Bu gün Dünya Velosiped Günüdür - VİDEO

ESTAFET/ Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının bu ilin aprel ayında qəbul etdiyi Qətnaməyə əsasən, 3 iyun - Dünya Velosiped Günü kimi qeyd olunur. Bununla əlaqədar Bakı Media Mərkəzi Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə bu gün münasibətilə videoçarx hazırlayıb.
