“Neftçi” Bordinlə 2 illik müqavilə imzaladı

ESTAFET/ Bu gün “Neftçi” PFK-nın yeni baş məşqçisi Roberto Bordin ilə klub rəhbərliyi arasında rəsmi müqavilənin imzalanma mərasimi keçirilib. Bakı Olimpiya Stadionunun konfrans zalında baş tutmuş tədbirdə italiyalı mütəxəssis 2 illik anlaşmanı imzalayıb.


Ardınca “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və baş məşqçi Roberto Bordin fikirlərini bildiriblər.


Daha sonra klub prezidenti, baş məşqçi, həmçinin idman direktoru Ceyhun Sultanov jurnalistlərin suallarını cavablandırıblar. 

Müəllif: Natiq NƏSİROV