“Qarabağ”ı keçmək gücündəyik”: “Olimpiya”nın kapitanı

ESTAFET/ “Çətin rəqiblə qarşılaşacağıq”. Bu sözləri “Olimpiya”nın kapitanı Branko İliç deyib.

 

35 yaşlı müdafiəçi Sloveniya mətbuatına açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O, “Qarabağ”a rəqib olduqları üçün narahat deyil: “Biz “Qarabağ”ı keçmək gücündəyik. Bu rəqibi məğlub etmək və II mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik. Komandamıza inanırıq. Biz artıq keyfiyyətimizi sübut etmişik. Yaxşı hazırlaşmalıyıq”.

 

Qeyd edək ki, ilk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək. 

 

Mənbə: APASport

Müəllif: Natiq NƏSİROV