"Proqres"lə ilk oyun Qəbələdə keçiriləcək

ESTAFET/ “Qəbələ”nin futbol üzrə UEFA Avropa Liqasının Əsas yolunun I təsnifat mərhələsində “Proqres”ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib.

 

İyulun 12-də baş tutacaq ilk qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək. 

Müəllif: Orxan NOVRUZOV