“Baltsan” Avropa Liqasına vəsiqə qazanıbsa...”: Yuri Maksimov
ESTAFET/ “Müasir futbolda artıq zəif komanda anlayışı yoxdu”. Bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.
Paytaxt təmsilçisi bugünkü püşkatmanın nəticəsinə görə, Avropa Liqasının I təsnifat mərhələsində Malta klubu “Baltsan”a rəqib olub.
Ukraynalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında maltalılarla duelə ciddi yanaşacaqlarını söyləyib: “Baltsan” Avropa Liqasına vəsiqə qazanıbsa, deməli, zəif rəqib deyil. Onları yaxşı təhlil etməli və oyunlara ciddi hazırlaşmalıyıq. Bizi çətin, eyni zamanda maraqlı qarşılaşma gözləyir”.
Qeyd edək ki, bu mərhələnin oyunları iyulun 12-də və 19-da keçiriləcək.