"Qarabağ" Avstriya hazırlığına start verdi

ESTAFET/ Dünən Avstriyaya yollanan çempion "Qarabağ" bu gündən etibarən təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

 

 

Günün ilk məşqi yerli vaxtla saat 12:30-da start götürüb. Futbolçular fitnes zalında yüngül hərəkətlərindən sonra meydançada hazırlıqları davam etdirib. İki qrup halında məşq edən futbolçularımız daha çox fiziki hazırlıqla kifayətlənib. Hazırlıq təxminən 1 saat 40 dəqiqə davam edib.


Günün ikinci məşqi yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) baş tutacaq. 

Müəllif: Orxan NOVRUZOV