"Neftçi" - "Uypeşt" görüşünün vaxtı və yeri açıqlandı

ESTAFET/ “Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində “Uypeşt”lə keçirəcəyi ilk oyunun stadionu və başlama saatı açıqlanıb. UEFA-nın rəsmi saytının məlumatına görə, görüş iyulun 12-də baş tutacaq.

 

"Ağ-qaralar" həmin gün axşam saat 21:00-da macarları “Dalğa Arena”da qəbul edəcək. Xatırladaq ki, təmsilçimizin cavab matçı iyulun 19-da Budapeştdə keçiriləcək. 

Müəllif: Orxan NOVRUZOV