Göygöl Olimpiya İdman Kompleksində cüdo bayramı

ESTAFET/ Bu ilin sentyabrında Bakıda baş tutacaq cüdo üzrə dünya çempionatının təbliğinə həsr olunan "Federasiya kuboku" yarışının final mərhələsi keçirilib.

 

Göygöl rayonunda təşkil edilən turnirdən bir gün öncə bölgə hakimlərinin seminarı keçirilib. Seminarda cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.

 

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən kiçik yaşlı yeniyetmələrin regionlararsı "Federasiya kuboku" yarışının finalında ən güclü komandalar mübarizə aparıb. Bütün rəqiblərinə qalib gələn "Bakı - 1" komandası birinci yerə layiq görülüb. "Şimal-Qərb" komandası yarışın gümüş medalını qazanıb. "Bakı-2" və "Sumqayıt-1" komandaları bürünc medallara sahib olublar. İlk dəfə olaraq keçirilən "Federasiya kuboku" yarışının qalib və mükafatçılarına diplom, kubok və medallar təqdim olunub. 

Müəllif: Bəhruz MƏMMƏDOV