Qılıncoynatma üzrə Avropa çempionatına start verilib

ESTAFET/ Serbiyanın Novıy Sad şəhərində startı verilən qitə çempionatının ilk yarış günündə qadınlar arasında sablya, kişilər arasında rapirada qaliblər müəyyənləşib.

 

Təmsilçilərimizdən Sevil Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vurmaqla pley-offa adlayıb. Növbəti mərhələdə Türkiyə təmsilçisi İranə Şcukla ilə qarşılaşan sablyaçımız rəqibinə 8:15 hesabı ilə uduzub. Qrup mərhələsində keçirdiyi 5 görüşdən yalnız 1-ni qalib başa vuran Sevinc Bünyatova isə mübarizəni erkən dayandırıb.


Qılıncoynadanlarımızdan rapirada yarışan Cavanşir Ağakişiyev qrupda keçirdiyi 6 görüşdə qələbə qazana bilməyib və mübarizəni ilk mərhələdə dayandırıb.  

Müəllif: Natiq NƏSİROV