"Bu ən yaxşı Fransa Qran Prisi idi": Hemilton

ESTAFET/ Fransa Qran Prisində qələbə qazanan Luis Hemilton Formula 1 üzrə 2018-ci il Dünya çempionatında yenidən liderliyi ələ keçirib. Qələbədən sonra o oz fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb.
"Möhtəşəm həftəsonu üçün komandama minnətdaram. Artıq 6 ildir burdayam. Əməkdaşlarımız heç vaxt ruhdan düşməyiblər, daim daha yaxşıya nail olmağa və mümkün olanın sərhədlərini aşmağa çalışıblar. Burda trassada və komandanın bazasında olan bütün oğlan və qızlarımıza möhtəşəm iş üçün təşəkkürlər.
Əla gün idi. Yürüşü bəyəndim, hava gözəl idi, azarkeşlər bizi aktiv dəstəkləyirdilər. Bu sayda azarkeş görmək xoşdur. Fransada iştirak etdiyim Qran Prilər içində bu ən yaxşısı idi.
Çempionatda liderliyi qaytardığım üçün şadammı? bu haqda hələki düşünməmişəm, amma birinci pilləni qaytarmağı istəyirdim."енно, хотелось вернуть себе первое место».

