Çempionlar Liqasında ilkin mərhələnin qalibi müəyyənləşdi

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələyə yekun vurulub. Cəbəllütariqin “Viktoriya” stadionunda təşkil olunan raundun final matçında yerli “Linkoln”la Kosovo çempionu “Drita” üz-üzə gəlib.

 

Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşün əlavə yarımsaatı kosovoluların xeyrinə olub. Balkanlılar 3 qol vuraraq böyükhesablı qələbə qazanıb – 4:1.

 

Beləliklə, “Drita” I təsnifat mərhələsinə yüksəlib və burada İsveç “Malmö”sü ilə qarşılaşacaq. “Linkoln” isə Avropa Liqasının II təsnifat mərhələsinin Çempionlar yolunda “Şkendiya” (Makedoniya) – TNS (Uels) cütünün məğlubu ilə qarşılaşacaq.

 

Çempionlar Liqası

İlkin mərhələ, final

 

29 iyun

“Linkoln” (Cəbəllütariq) - “Drita” (Kosovo)  1:4

Qollar: Korral 61 : Leçi 2, 105+3 (p.), Şabani 120, Neziray 120+4 

Müəllif: Natiq NƏSİROV