"Araz" rəqibini tanıdı

ESTAFET/ Bu gün futzal üzrə UEFA Çempionlar Liqasında ilkin və əsas mərhələnin püşkü atılıb. Azərbaycan çempionu “Araz”ın da rəqibləri müəyyənləşib.

 

Yarışa əsas mərhələdən başlayacaq Naxçıvan klubu B yolunda mübarizə aparacaq. “Araz” 8-ci qrupda qüvvəsini sınayacaq.

 

Təmsilçimizin rəqibləri “Luçenek” (Slovakiya), həmçinin ilkin raundun E və F qruplarının qalibləri olacaq. E qrupunda “Veles” (Makedoniya), “Futsamba Naas” (İrlandiya), “Valletta” (Malta), “Kosmos Tallinn” (Estoniya), F qrupunda isə “Hovokubo” (Hollandiya), “Ridinq” (İngiltərə), “Murata” (San Marino), “Vitis” (Litva) çıxış edəcək.

 

Joze Alesionun yetirmələrinin yer aldığı qrupun matçları Slovakiyada keçiriləcək. Elit-raunda yeganə vəsiqə uğrunda oyunlar oktyabrın 2-7-də keçiriləcək.

 

İlkin mərhələ

(28 avqust – 2 sentyabr)

 

A qrupu: “Mostar” (Bosniya və Herseqovina)*, “Futsal Gentofte” (Danimarka), “Makkabi Nahalat Yitjak” (Təl-Əviv, İsrail), “Vattsell” (Şotlandiya)

 

B qrupu: “Kampuksen Dinamo” (Finlandiya), “Sandefjord” (Norveç), “Enkamp” (Andorra)*, “Ollstars Viner Neustadt” (Avstriya)

 

C qrupu: “Uddevalla” (İsveç)*, “Vangir Yupiters” (İslaniya), “Çelik” (Monteneqro), “Leo” (Ermənistan)


D qrupu: “Hohenstein Ernstthal” (Almaniya)*, “Dukas” (Yunanıstan), “Belfast Yunayted” (Şimali İrlandiya), “Tirana” (Albaniya)


E qrupu: “Veles” (Makedoniya)*, “Futsamba Naas” (İrlandiya), “Valletta” (Malta), “Kosmos Tallinn” (Estoniya)

 

F qrupu: “Hovokubo” (Hollandiya), “Ridinq” (İngiltərə), “Murata” (San Marino), “Vitis” (Litva)*

 

G qrupu: “Rekord Bielsko-Biała (Polşa)*, “Rasinq” (Lüksemburq), “Kardiff Universiteti” (Uels), “Varna Siti” (Bolqarıstan)

 

H qrupu: “İnformatika Timişoara” (Rumıniya)*, “Links” (Cəbəllütariq), Türkiyə çempionu
İ qrupu: “Dinamo” (Moldova)*, “La Ço-de-Fonds” (İsveçrə), “TMC Tbilisi” (Gürcüstan)

 

Əsas mərhələ

 

(2-7 oktyabr)

 

B yolu

5-ci qrup: “Peskara” (İtaliya), APOEL (Kipr)*, İlkin mərhələnin A qrupunun qalibi, İlkin mərhələnin C qrupunun qalibi

 

6-cı qrup: “Novo Vrijeme Makarska” (Xorvatiya)*, “Aktobe” (Qazaxıstan), İlkin mərhələnin B qrupunun qalibi, İlkin mərhələnin İ qrupunun qalibi

 

7-ci qrup: “Nikars Riqa” (Latviya)*, İlkin mərhələnin D qrupunun qalibi, İlkin mərhələnin G qrupunun qalibi, İlkin mərhələnin H qrupunun qalibi

 

8-ci qrup: “Luçenek” (Slovakiya)*, “Araz” (AZƏRBAYCAN), İlkin mərhələnin E qrupunun qalibi, İlkin mərhələnin F qrupunun qalibi

 

A yolu

 

1-ci qrup: “Halle-Quik” (Belçika)*, “Kremlin-Bisetre Yunayted” (Fransa), “Barsa” (İspaniya), “Benfika” (Portuqaliya)


2-ci qrup: “İnter” (İspaniya), “Ekonomaç Kraqujevaç” (Serbiya)*, “Xerson” (Ukrayna), “Xrudim” (Çexiya)


3-cü qrup: “Doboveç” (Sloveniya)*, “Sibiryak” (Rusiya), “Qyor” (Macarıstan), “Qazprom-Yuqra” (Rusiya)


4-cü qrup: “Feniks” (Kosovo)*, “Lida” (Belarus), “Kayrat” (Qazaxıstan), “Sportinq” (Portuqaliya)

 

Qeyd: meydan sahibləri “*” işarəsi ilə fərqləndirilib. 

Müəllif: Bəhruz MƏMMƏDOV