"Qəbələ"nin Sloveniya gündəliyi - 03.07.2018

ESTAFET/ “Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Sloveniyada təşkil olunan toplanışın 14-cü gününü başa vurub. Komanda günü bir məşqlə yekunlaşdırıb.

 

Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hazırlıq prosesi günün ikinci yarısında baş tutub. Öncə fiziki təmrinləri yerinə yetirən futbolçular ardınca toplu çalışmaları icra edib. 

Müəllif: Orxan NOVRUZOV