“Qarabağ” iştirak ərizəsini UEFA-ya göndərdi

ESTAFET/ Azərbaycanı futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” sifariş ərizəsini UEFA-ya göndərib. Ağdamlılar I təsnifat mərhələsində “Olimpiya” ilə oyunlar üçün 21 oyunçunu sifariş verib.

 

Yeni transferlər Hannes Tur Halldarsson, Vaqner da Silva, Rahil Məmmədov, Simeon Slavçev, Abdullah Zubir və Filip Ozobiç də heyətə salınıb. 

 

Ümumiyyətlə, Sloveniya təmsilçisi ilə matçlarda baş məşqçi Qurban Qurbanovun ixtiyarında 4 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 1 hücumçu olacaq. Oyunun startına 24 saat qalmışa qədər daha bir oyunçunun adını siyahıya əlavə etmək mümkündü.

 

Qapıçılar: 1. Hannes Tur Halldarsson, 12. Şahrudin Məhəmmədəliyev, 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev

Hücumçu: 11. Mahir Mədətov

Baş məşqçi: Qurban Qurbanov

 

Qeyd edək ki, "Qarabağ"la "Olimpiya" arasında ilk oyun iyulun 11-də Lyublyanada, cavab qarşılaşması isə ayın 18-də Bakıda keçiriləcək.

Müəllif: Orxan NOVRUZOV