WKF Kubokundan 2 qızıl və 1 bürünc medal

ESTAFET/ 21 yaşadək milli komandanın üzvü Murad Hacızadə (+84) Xorvatiyada Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda turnirin qalibi olub.

 

Yarışın son günü tatamiyə çıxan digər idmançımız Fidan Teymurova (-50 kq) isə təsəlliverici görüşlərə qatılsa da bürünc medal uğrunda həlledici qarşılaşmanın sonuna yaxın qələbəni əldən verib. Bir gün əvvəl turnirdə Roman Heydərov (kata) qızıl medala, Hüseyn Alıyev (-67 kq) isə bürünc mükafata sahib olub. Bununla da karateçilərimiz nüfuzlu yarışı iki qızıl və bir bürünc medalla başa vurub.

 

Turnirdə 68 ölkəni 1340 idmançı təmsil edib.

 

6-8 iyul tarixlərində WKF Gənclər Liqasında iştirak edən seçmə komandanın digər üzvləri Hüseyn Hüseynzadə (+70 kq), Xəqan Həsənov (-61 kq), Bəxtiyar Rzayev (-68 kq), Musa Sarızadə (+68 kq), Mədinə Sadıqova (-53 kq), Fərid Ağayev (-70kq), Tale Yaqubov (-63 kq) və Fidan Dadaşova (-47 kq) növbəti günlər mübarizəyə qatılacaq.

 

İkinci dəfə keçirilən Liqa turnirində 74 ölkədən 1874 idmançı iştirak edir.  

Müəllif: Bəhruz MƏMMƏDOV