SƏMTİ MÜƏYYƏN ETMƏ ÜZRƏ ÖLKƏ ÇEMPİONATI KEÇİRİLƏCƏK

ESTAFET/ Azərbaycan Səmti Müəyyən etmə Federasiyasından verilən məlumata görə, 15 oktyabr tarixində səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Respublika Çempionatı keçiriləcəkdir. Belə ki, Şabran rayonunun Qalaaltı meşə zolağında keçirilməsi planlaşdırılan yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaların, şirkətlərin idman cəmiyyətlərinin, ali təhsil müəssisələrinin komanda və nümayəndələri iştirak edə bilərlər.


Elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil ediləcək çempionatda yarış iştirakçıları “Elit” və “Open” kateqoriyaları olmaqla orta məsafə üzrə mübarizə aparacaqlar.

 

Qeydiyyat üçün bu linkdən istifadə edə bilərsiniz:

 

http://smef.az/index/olk_cempionati2016/0-1113