"Nə qədər çətin olsa belə...": Emin Mahmudov

ESTAFET/ “Əlbəttə, çətin oyun olacaq. Ancaq biz yenə də oyunumuzu göstərməli və layiqli mübarizə aparmalıyıq”. Bu sözləri “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.

 

 

Təcrübəli yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsinin “Uypeşt”lə oyunu öncəsi fikirlərini açıqlayıb. O, Macarıstandakı matçla bağlı mətbuat konfransında motivasiyalı olmaları barədə danışıb: “Düşünürəm ki, motivasiya əskikliyi olmayacaq. Söhbət Avropa arenasından gedir. Nə qədər çətin olsa belə, çıxıb oyunumuzu oynamalıyıq”. 

Müəllif: Bəhruz MƏMMƏDOV