Millimizin futbolçusu "Girəsunspor"a icarəyə verildi

ESTAFET/ U-21 yığmamızın futbolçusu Ocan Can Kökçünün yeni klubu müəyyənləşib. "Bursaspor"a məxsus yarımmüdafiəçi karyerasını Türkiyənin I liqasında davam etdirəcək.

 

19 yaşlı futbolçumuz "Girəsunspor"un şərəfini qoruyacaq. O, yeni klubuna 2 illik müddətinə icarəyə verilib. İnformasiyamızı "Bursaspor"un idman direktoru Ərhan Başoğlu da təsdiq edib.

 

Qeyd edək ki, "Girəsunspor" ötən mövsüm I liqada 11-ci yeri tutub.  

 

Mənbə: Sport24

Müəllif: Natiq NƏSİROV