"Qarabağ" ÇL-nin III təsnifat mərhələsində!

ESTAFET/ Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Albaniya təmsilçisi “Kukesi” ilə cavab matçına çıxıb.

Səfərdən qolsuz heç-heçə ilə dönən “köhlən atlar” doğma meydanda vacib vəzifəsinin öhdəsindən artıqlaması ilə gəlib. Üç cavabsız qolla qalib gələn Ağdam klubu ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib.

 

"Qarabağ" ÇL-də yoluna BATE ilə davam edəcək. "Kukesi" isə mübarizəni Avroliqada davam etdirəcək.

 

UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü
2-ci təsnifat mərhələsi, cavab oyunu


1 avqust 2018

 

Qarabağ - Kukesi 3:0
Qollar: D.Kintana 24 (p.), 57 (p.), C.Delarj 89.
Oyunun 53-cü dəqiqəsində "Qarabağ"ın futbolçusu Emeqara penaltidən yararlana bilməyib
Qırmızı vərəqə: A.Alla, 52.
(ilk oyun 0:0)
Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Hrka.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

 

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Kukesi: 77. Stivi Fraşeri, 4. Yili Şameti (k), 6. Albi Alla, 7. Arber Sirbya, 9. Sebino Plaku, 15. Harallamb Qaqi, 20. Simo Rumbullaku, 23. Besar Musolli, 24. Edis Maliki, 26. Villiam Kordeyro, 33. İrakli Dzariya.
Ehtiyat oyunçular: 1. Yetmir Başa, 5. Rüstem Hoca, 8. Vangel Zquro, 10. Donyet Şkodra, 28. Haris Harba, 90. Rejinaldo, 99. Dino Şpehar.
Baş məşqçi: Armando Kunqu. 

Müəllif: Natiq NƏSİROV