Güləşçilərimizdən uğursuz start: GAÇ - 2018
ESTAFET/ İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı start götürüb. İlk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb.
Bu çəki dərəcələrində mübarizəyə qoşulan güləşçilərimiz ilkin məhələlərdə uduzaraq mübarizəni dayandırıb.
55 kq
1/8 final - Cihat Ahmet Liman (TUR) - Zaur Əliyev 9:0
1/16 final - Zaur Əliyev - Aliaksandr Niahoda (BLR) 7:6
63 kq
1/8 final - Leri Abuladze (GEO) - Kamran Mirzəliyev 8:1
77 kq
1/8 final - Nəsir Həsənov - Mirco Minguzzi (İTA) 1:2
87 kq
1/4 final - Michal Dibka (POL) - Nəzərşah Fətullayev 5:1
1/8 final - Nikolaos Papadopulos (GRE) - Nəzərşah Fətullayev 1:6