Nazarov və komandası məğlubiyyətlə başladı

ESTAFET/ Futbol üzrə Almaniyanın 2-ci Bundesliqasında artıq yeni mövsümə start verilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun heyətində yer aldığı “Ersgebirge” 2018/19 mövsümündə ilk oyununu keçirib.

 

Milli üzvünün klubu ilk görüşünü səfərdə keçirib. “Yunion Berlin”in qonağı olan komanda minimal hesablı məğlubiyyətlə barışmalı olub. 

 

Nazarov meydana start heyətində çıxıb və görüşün 86-cı dəqiqəsində əvəzlənib. 

Müəllif: Orxan NOVRUZOV