"Barselona" Vidalı heyətinə qatdı

ESTAFET/ İspaniya və dünya nəhəngi “Barselona” heyətini yeni futbolçu ilə gücləndirib. La Liqanın son çempionu Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Arturo Vidalı transfer edib. Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Vidal yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. O, yaxın günlərdə Kataloniyaya gedəcək və tibbi müayinədən keçdikdən sonra rəsmən ictimaiyyətə təqdim olunacaq.

 

Qeyd edək ki, 31 yaşlı çilili futbolçu Münhen klubunda 2015-ci ildən çıxış edirdi. O, daha öncə ölkəsinin “Kolo-Kolo”, Almaniyanın “Bayer” və İtaliyanın “Yuventus” klublarının da şərəfini qoruyub. 

Müəllif: Natiq NƏSİROV