Ruslan Abışov əməliyyat olundu

ESTAFET/ "Neftçi” futbol klubunun və milli komandamızın futbolçusu Ruslan Abışov əməliyyat olunub. Almaniyada baş tutan əməliyyat uğurlu keçib.

 


Kapitan bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.

 


Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin Macarıstanın "Uypeşt” klubu ilə cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı. 

Müəllif: Natiq NƏSİROV