Qomes də yığmadan getdi

ESTAFET/ Futbol üzrə Almaniya yığmasının hücumçusu Mario Qomes milli karyerasını başa vurub. Hazırda “Ştutqart”da forma geyinən 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabından açıqlama yayıb.

 

Qomes Almaniya yığması ilə DÇ-2010 və DÇ-2018-də, eləcə də AÇ-2008, AÇ-2012 və AÇ-2016-nın iştirakçısı olub. O, bütövlükdə Bundestimlə 78 oyuna çıxıb, 31 qola imza atıb.

 

Mario, Rusiyada keçirilən dünya çempionatından sonra Almaniya yığmasındakı karyerasını başa vurduğunu açıqlayan ikinci futbolçudu. Ondan öncə Məsut Özil Bundestimdəki çıxışını başa vurduğunu bəyan etmişdi. 

Müəllif: Bəhruz MƏMMƏDOV