Növbəti mərhələnin püşkü atılır - Çempionlar Liqası

ESTAFET/ Bu gün avrokuboklarda pley-off mərhələsinin püşkü atılacaq. Bakı vaxtilə saat 14:00-da başlayacaq mərasimdə Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın da potensial rəqibi müəyyənləşəcək.

 

Qurban Qurbanovun komandası III təsnifat mərhələsində BATE səddini keçəcəyi təqdirdə, "səpələnməmişlər" səbətində yer alacaq. Bu halda təmsilçimiz pley-off-un püşkü zamanı səpələnmişlər səbətində yer alan PSV (Hollandiya), həmçinin "Zalsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya), "Seltik" (Şotlandiya) - AEK ("Yunanıstan), "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütlüklərinin qaliblərindən biri ilə düşə bilər

 

Çempionlar Liqası, pley-off mərhələsi

Çempionlar Yolu


Səpələnmişlər

"Zalsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi

PSV (Hollandiya)

"Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi

"Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi

 

Səpələnməmişlər

"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi

"Yanq Boyz" (İsveçrə)

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi

 

 

Liqa Yolu

Səpələnmişlər

"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi

"Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi

 

Səpələnməmişlər

"Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi

PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi

 

Qeyd edək ki, pley-off-un ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək. 

Müəllif: Natiq NƏSİROV