BATE "Qarabağ"la qarşılaşmaya 20 futbolçu ilə gəlir

ESTAFET/ “Qarabağ”ın futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan BATE Azərbaycana yollanıb. Borisov təmsilçisi “Minsk” hava limanından erkən saatlarda - yerli vaxtla 8:15-də (Bakı vaxttilə 9:15-də) səfərə çıxıb.

 

Belaruslar yorucu uçuşu, Bakı ilə aralarında 1 saatlıq fərqi, paytaxtımıza çatandan sonra axşam məşqçi öncəsi oteldə yaxşıca istirahət etmək üçün bu qrafiki daha məqsədəuyğun sayıb.

 

BATE-nin baş məşqçisi Aleksey Baqa Bakıya gətirdiyi heyətdə 20 futbolçuya yer verib.

 

Qapıçılar: 30. Aleksey Çernıx, 35. Anton Çiçkan, 48. Denis Şerbiçki

Müdafiəçilər: 4. Aleksandr Filipoviç, 5. Yevgeni Yablonski, 17. Aleksey Rios, 19. Nemanya Milunoviç, 21. Eqor, Filipenko, 23. Zaxar Bolkov, 42. Maksim Volodko

Yarımmüdafiəçilər: 7. Yevgeni Beryozkin, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 11. Aleksandr Qleb, 22. İqor Staseviç, 25. Dmitri Baqa

Hücumçular: 13. Nikolay Ciqneviç, 15. Maksim Skaviş, 24. Yasse Tuminen, 45. Vladislav Mukamedov

 

“Qarabağ”la oyunlar üçün UEFA-ya 26 futbolçu sifariş edən Belarus çempionu 6 futbolçunu kənarda qoyub.

 

Qeyd edək ki, komandalar ilk matç avqustun 7-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV