"Qarabağ"ın Avropa Liqasında potensial rəqibi bəlli olur

ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının ardınca Avropa Liqasının play-off mərhələsinin də püşkü atılacaq. Bakı vaxtilə saat 15:30-da başlayacaq mərasimdə"Qarabağ"ın da bu turnirdə potensialı rəqibi müəyyənləşəcək.

 

Belə ki, təmsilçimiz BATE-yə uduzarsa, mübarizəni məhz turnirdə davam etdirəcəyindən potensial rəqibini indidən biləcək. Avropa Liqasının Çempionlar Yolunda "səpələnmişlər" səbətində yer alacaq "Qarabağ" - BATE cütü aşağıdakı 4 cütlükdən biri ilə üz-üzə gələcək:

 

Səpələnmişlər

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün məğlubu

"Seltik" (Şotlandiya) / AEK (Yunanıstan) cütünün məğlubu

"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün məğlubu

"Ludoqorets" (Bolqarıstan) / "Zrinski" (Bosniya və Herseqovina) cütünün məğlubu

 

Səpələnməmişlər

"Şerif" (Moldova) / "Valür" (İslandiya) cütünün qalibi

"Spartak" (Yurmala, Latviya) / "Suduva" (Litva) cütünün qalibi

TNS (Uels) / Mityulland" (Danimarka) cütünün qalibi

"Torpedo" (Kutaisi, Gürcüstan) / "Kukesi" (Albaniya) cütünün qalibi

 

Qeyd edək ki, Avroopa Liqasında pley-off matçları oyunlar avqustun 23-də və 30-da keçiriləcək.  

Müəllif: Natiq NƏSİROV