"Qarabağ"ın Avropa Liqasında da potensial rəqibi bilindi

ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) ardınca Avropa Liqasının pley-off mərhələsinin püşkü olub. Bakı vaxtilə saat 15:30-da başlayan mərasimdə "Qarabağ"ın bu turnirdə potensialı rəqibi müəyyənləşib.

 

Belə ki, təmsilçimiz BATE-yə uduzarsa, mübarizəni məhz turnirdə davam etdirəcəyindən potensial rəqibini indidən bilb. Avropa Liqasının Çempionlar Yolunda "səpələnmişlər" səbətində yer alan "Qarabağ" - BATE cütününü məğlubu "Şerif" (Moldova) / "Valür" (İslandiya) cütünün qalibinə rəqib olub. Püşkə görə ilk matçda təmsilçimiz səfərdə çıxış edəcək.

 

Maraqlıdı ki, "Qarabağ" ötən mövsüm ÇL-də məhz "Şerif"i (evdə 0:0, səfərdə 2:1) keçərək futbol tariximizdə bu turnirdə pley-offa çıxan ilk komanda olub.

 

Qeyd edək ki, Avroopa Liqasında pley-off matçları oyunlar avqustun 23-də və 30-da keçiriləcək.  

Müəllif: Orxan NOVRUZOV