"Bizim üçün heç nə asan olmayacaq": Aleksandr Qleb

ESTAFET/ BATE-nın təcrübəli futbolçusu Aleksandr Qleb Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la bugünkü oyun öncəsi müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 

- Bakıya hansı əhval-ruhiyyədə gəlmisiniz və ümidiniz nədi?

- Döyüşkən əhval-ruhiyyədəyik. Bura müsbət nəticə dalınsa gəlmişik. Oyunadək şanslar bərabərdi. Bilirik ki, "Qarabağ" yaxşı oynayan komandadı. Bizim üçün heç nə asan olmayacaq. Ancaq hər şey özümüzdən asılı olacaq.

 

- Yəni, bu cütdə aşkar favorit yoxdu?

- Əlbəttə. yoxdu.


- Rəqib haqda daha nə bilirsiniz?

- Açığı, az məlumatımız var. Onlar ötən il Çempionlar Liqaısnın qrupunda oynayanda baxmışam. Xoşuma gəlib. Mobil, döyüşkən komandadı. Hətta Avropanın Top klublarına "Qarabağ"a qarşı çox çətin olurdu. Bu, çox şeydən xəbər verir. "Qarabağ"ı çox ciddi yanaşırıq. Belə də oyuna köklənirik.

 

- Bakıda hansı nəticə BATE-ni qane edəcək?

- Bu, oyunun gedişindən asılı olacaq. İndi bir şey demək çətindi. Rəqibə hörmətlə yanaşırıq. Yaxşı əhval-ruhiyyədə qayıtmaq və Bakıdan pozitiv nəticəylə ayrılmaq üçün mümkün olan hər şeyi edəcəyik.

 

- Bizdə tez-tez deyirlər ki, BATE artıq həminki deyil. Bununla razısınız?

- Prinsipcə, istənilən rəqib haqda belə demək olar. Futbol ildən-ilə daha güclü olur. Hətta Top komandalara autsayderlərə qarşı oynamaq daha çətin və çətin olur. Bunu son dünya çempionatı da göstərdi. Buna görə bunların hamısı yalnız söhbətlərdi. Sadəcə, futbol güclənib.

 

- Bakı istisini artıq hiss etmisiniz?

- Bizdə də son 1 həftədə belə hava olub. Düşünmürəm ki, hava hansısa rol oynayacaq. Üstəlik, axşam oynayacağıq. Hər iki komanda eyni şəraitdə olacaq.


- Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda anşlaq gözlənilir...

- Dolu tribunalar xoşuma gəlir. Əminəm ki, komanda yoldaşlarım də belə hesab edir. Müsbət atmosfer və əlavə emosiyalar heç kimə mane olmayacaq.  

 

Mənbə: Azerisport

Müəllif: Orxan NOVRUZOV