"Qəbələ" "Səbail"lə oyunun hazırlığına start verdi

ESTAFET/ “Qəbələ” klubu futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk turunun hazırlığına start verib. “Qırmızı-qaralar” “Səbail”lə avqustun 12-də keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır. Avqustun 4-də keçirilən “Keşlə” ilə yoxlama oyunundan (2:0) sonra birgünlük istirahətə buraxılan komanda bir araya gəlib. “Qəbələ” bu gün “Bakı” FK-nın təlim-məşq bazasında hazırlıq keçib. Günün ikinci yarısına təsadüf edən məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular toplu çalışmaları yerinə yetiriblər.

 

Xatırladaq ki, avqustun 12-də keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 19:00-da başlayacaq. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək. 

Müəllif: Natiq NƏSİROV